Ad Günü

Bəxtiyar Kərimov, Bəxtiyar Vahabzadə

[Bənd 1]
Bu gün ad günüdür, sənin ad günün
Bu gün ad günüdür, sənin ad günün
Adınla bərabər ucalasan sən

Bu adı hədiyyə vermişik sənə
Bu adı hədiyyə vermişik sənə
İstərəm, həyatda ad alasan sən
İstərəm, həyatda ad alasan sən

[Bənd 2]
Bülbül cəh-cəh vurub oxumazdımı
Ona bülbül adı qoyulmasaydı?
Bülbül cəh-cəh vurub oxumazdımı
Ona bülbül adı qoyulmasaydı?

Gül bu qədər gözəl qoxumazdımı
Gül bu qədər gözəl qoxumazdımı
Məgər onun adı gül olmasaydı?
Məgər onun adı gül olmasaydı?

[Bənd 3]
Adına min belə məclis qurulsun
Adına min belə məclis qurulsun
Qoy bu həyat sənə imtahan olsun

Ömür gülə-gülə qoy başa dolsun
Ömür gülə-gülə qoy başa dolsun
Arzudan, əməldən kam alasan sən
Arzudan, əməldən kam alasan sən

[Bənd 4]
Kim deyir, bu ömür boş bir xəyaldır
Adı da, sanı da əməl ucaldır
Kim deyir, bu ömür boş bir xəyaldır
Adı da, sanı da əməl ucaldır

Ad səni qaldırmaz, sən adı qaldır
Ad səni qaldırmaz, sən adı qaldır
İstərəm, şərəflə qocalasan sən
İstərəm, şərəflə qocalasan sən

Trivia about the song Ad Günü by Şövkət Ələkbərova

When was the song “Ad Günü” released by Şövkət Ələkbərova?
The song Ad Günü was released in 2023, on the album “İfalar Vol. 10”.
Who composed the song “Ad Günü” by Şövkət Ələkbərova?
The song “Ad Günü” by Şövkət Ələkbərova was composed by Bəxtiyar Kərimov, Bəxtiyar Vahabzadə.

Most popular songs of Şövkət Ələkbərova

Other artists of