Ağ Çiçəyim
[Bənd 1]
Səhər çağı göy meşədən
Dərdik səni, ağ çiçək
Bəyaz-bəyaz varaqlara
Sərdik səni, ağ çiçək
[Keçid]
Birdən-birə ağ əllərdə
Təzələşdin, ağ çiçək
Ağ əllərdə, elə bil ki
Ağ atəşdin, ağ çiçək
[Nəqərat]
Çiçək, çiçək, ağ çiçəyim
Ömrümə bəzək ağ çiçəyim
Çiçək, çiçək, ağ çiçəyim
Ömrümə bəzək ağ çiçəyim
[Bənd 2]
Gördüm səni bu gün başqa
Bir çəməndə, ağ çiçək
Ağ əllərin hərarəti
Yoxmu səndə, ağ çiçək
[Keçid]
Birdən-birə ağ əllərdə
Təzələşdin, ağ çiçək
Ağ əllərdə elə bil ki
Ağ atəşdin, ağ çiçək
[Nəqərat]
Çiçək, çiçək, ağ çiçəyim
Ömrümə bəzək ağ çiçəyim
Çiçək, çiçək, ağ çiçəyim
Ömrümə bəzək ağ çiçəyim
[Bənd 3]
Soyuq-soyuq boylanırsan
Söylə neyçün, ağ çiçək?
De, sən də mi həsrətlisən?
Ağ əllər üçün, ağ çiçək
[Keçid]
Birdən-birə ağ əllərdə
Təzələşdin, ağ çiçək
Ağ əllərdə elə bil ki
Ağ atəşdin, ağ çiçək
[Nəqərat]
Çiçək, çiçək, ağ çiçəyim
Ömrümə bəzək ağ çiçəyim
Çiçək, çiçək, ağ çiçəyim
Ömrümə bəzək ağ çiçəyim
[Keçid]
Birdən-birə ağ əllərdə
Təzələşdin, ağ çiçək
Ağ əllərdə elə bil ki
Ağ atəşdin, ağ çiçək
[Nəqərat]
Çiçək, çiçək, ağ çiçəyim
Ömrümə bəzək ağ çiçəyim
Çiçək, çiçək, ağ çiçəyim
Ömrümə bəzək ağ çiçəyim
Çiçək, çiçək, ağ çiçəyim
Ömrümə bəzək ağ çiçəyim
Çiçək, çiçək, ağ çiçəyim
Ömrümə bəzək ağ çiçəyim