Bir Sevgi Var (Gələrsən)
[Bənd 1]
Bir sevgi var
Ürəyimdə yaşa dolur
Bir ümid var
Ürəyimdə nura dönür
Görürəm ki, ömür sənə
Nəşə olub
Görürəm ki, ömür sənə
Nəşə olub
[Nəqərat]
Gələn küləklə gələrsən
Gülən çiçəklə gülərsən
Gələn küləklə gələrsən
Gülən çiçəklə gülərsən
[Bənd 2]
Məhəbbətin sevinci var
Kədəri var
Ömrümüzün al-günəşli
Səhəri var
Qara gözlü, nazın da
Bir qədəri var
Qara gözlü nazın da
Bir qədəri var
[Nəqərat]
Gələn küləklə gələrsən
Gülən çiçəklə gülərsən
Gələn küləklə gələrsən
Gülən çiçəklə gülərsən