Bu Dünya

Oqtay Kazımi, Məhsəti Gəncəvi

[Bənd 1]
Heyif, acı şeydir, zəhərdir fəraq
O, şövqü, həvəsi yandırır bir vaxt
Ölüm can qurtarır, ən böyük cəfa
Ayrılıq zülmüdür dünyada qalmaq

[Nəqərat]
Bu dünya bir qızıl kuzəyə bənzər
Suyu gah şirindir, gah da ki, zəhər
Ey fələk, ömrümü sən vermə bada
Ey fələk, ömrümü sən vermə bada
Ey fələk, ömrümü sən vermə bada
Onsuz da, hər gələn qalmaz dünyada

[Bənd 2]
Min bir hiylə qurub ayırdı fələk
Məni göz yaşına dost etdi ürək
Bilmədin qədrini heç vüsalımın
Çəkərəm ayrılıq zülmünü mən tək

[Nəqərat]
Bu dünya bir qızıl kuzəyə bənzər
Suyu gah şirindir, gah da ki, zəhər
Bu dünya bir qızıl kuzəyə bənzər
Suyu gah şirindir, gah da ki, zəhər

Ey fələk, ömrümü sən vermə bada
Ey fələk, ömrümü sən vermə bada
Ey fələk, ömrümü sən vermə bada
Onsuz da, hər gələn qalmaz dünyada

Ey fələk, ömrümü sən vermə bada
Ey fələk, ömrümü sən vermə bada
Ey fələk, ömrümü sən vermə bada

Onsuz da, hər gələn qalmaz dünyada
Onsuz da, hər gələn qalmaz dünyada
Onsuz da, hər gələn qalmaz dünyada

Trivia about the song Bu Dünya by Şövkət Ələkbərova

When was the song “Bu Dünya” released by Şövkət Ələkbərova?
The song Bu Dünya was released in 2022, on the album “İfalar, Vol. 5”.
Who composed the song “Bu Dünya” by Şövkət Ələkbərova?
The song “Bu Dünya” by Şövkət Ələkbərova was composed by Oqtay Kazımi, Məhsəti Gəncəvi.

Most popular songs of Şövkət Ələkbərova

Other artists of