Gələrəm

[Bənd 1]
Mən səni görməyə kəndə canana
Bahar xoş ətrini saçanda gəlləm
Təzə bar düşəndə bağa-bostana
Lalələr, nərgizlər açanda gəlləm

[Nəqərat]
Süzülsün çaylara
Dağların qarı
Gözəldir seyr etmək
Coşan suları

Çiçəkdən kəpənək
Pətəkdən arı
Qalxıb güldən-gülə
Uçanda gəlləm

[Bənd 2]
Bürünsün dağların döşü zanbağa
Sürülər baş alıb yönəlsin dağa
Çobanlar baxmayıb şaxta-sazağa
Bu yurddan o yurda köçəndə gəlləm

[Nəqərat]
Süzülsün çaylara
Dağların qarı
Gözəldir seyr etmək
Coşan suları

Çiçəkdən kəpənək
Pətəkdən arı
Qalxıb güldən-gülə
Uçanda gəlləm

[Bənd 3]
Yolumu kəsməyib nə çovğun, nə qar
Kəsibdir dil açan, dinən arzular
Önündə imtahan, qüssəli dağlar
Qalxıb zirvəsindən aşanda gəlləm

[Nəqərat]
Süzülsün çaylara
Dağların qarı
Gözəldir seyr etmək
Coşan suları

Çiçəkdən kəpənək
Pətəkdən arı
Qalxıb güldən-gülə
Uçanda gəlləm

Trivia about the song Gələrəm by Şövkət Ələkbərova

When was the song “Gələrəm” released by Şövkət Ələkbərova?
The song Gələrəm was released in 2022, on the album “İfalar, Vol.2”.

Most popular songs of Şövkət Ələkbərova

Other artists of