Gedək Üzü Küləyə
[Bənd 1]
Sevgilim, tut əlimdən
Gedək üzü küləyə
Rahatlıq gəzmirəm mən
Gedək üzü küləyə
Sevgilim, tut əlimdən
Gedək üzü küləyə
Rahatlıq gəzmirəm mən
Gedək üzü küləyə
[Nəqərat]
Qoy göynəsin üzümüz
Qoy yaşarsın gözümüz
Bükülməsin dizimiz
Gedək üzü küləyə
Bükülməsin dizimiz
Gedək üzü küləyə
[Bənd 2]
Yollarda daş-kəsək var
Yollarda gül-çiçək var
Yollarda qar, külək var
Gedək üzü küləyə
Yollarda daş-kəsək var
Yollarda gül-çiçək var
Yollarda qar, külək var
Gedək üzü küləyə
[Nəqərat]
Qoy göynəsin üzümüz
Qoy yaşarsın gözümüz
Bükülməsin dizimiz
Gedək üzü küləyə
Bükülməsin dizimiz
Gedək üzü küləyə
[Bənd 3]
Biz axşamla, səhərlə
Gəl üzləşək hünərlə
Günlərlə, həftələrlə
Gedək üzü küləyə
Biz axşamla, səhərlə
Gəl üzləşək hünərlə
Günlərlə, həftələrlə
Gedək üzü küləyə
[Nəqərat]
Qoy göynəsin üzümüz
Qoy yaşarsın gözümüz
Bükülməsin dizimiz
Gedək üzü küləyə
Bükülməsin dizimiz
Gedək üzü küləyə
Gəl üzləşək hünərlə
Gedək üzü küləyə
Gəl üzləşək hünərlə
Gedək üzü küləyə