Laylay
[Bənd 1]
Şirin-şirin yat, ay bala
Boya-başa çat, ay bala
Sən də bir gün öz səsini
El səsinə qat, ay bala
[Nəqərat]
Sənə deyir laylay
Hər ötən quş, hər axan çay
Bu gözəl, şən anamız vətən
Laylay, laylay, laylay
[Bənd 2]
Hər şöhrətim, şanım sənsən
Candan ayrı canım sənsən
Nə təmizdir gül nəfəsin
Sən ətirli bir çəmənsən
[Nəqərat]
Sənə deyir laylay
Hər ötən quş, hər axan çay
Bu gözəl, şən anamız vətən
Laylay, laylay, laylay
[Bənd 3]
Yat, ay quzum, şirin-şirin
Həyat sənin, dövran sənin
Qayğısıyla boy atırsan
Qucağında bu vətənin
[Nəqərat]
Sənə deyir laylay
Hər ötən quş, hər axan çay
Bu gözəl, şən anamız vətən
Sənə deyir laylay
Hər ötən quş, hər axan çay
Bu gözəl, şən anamız vətən
Laylay, laylay...