Oxu, Tar

Mikayıl Müşfiq, Ramiz Mirişli

[Nəqərat: Şövkət Ələkbərova]
Oxu, tar, oxu, tar
Səsindən ən lətif şeirlər dinləyim
Oxu, tar, bir qədər
Nəğməni su kimi alışan ruhuma çiləyim
Ey geniş kütlənin şirini, şərbəti
Alovlu sənəti
Ey geniş kütlənin şirini, şərbəti
Alovlu sənəti

[Bənd 1: İslam Rzayev]
Zilin var, vəsətin, bəmin var
Sənin də quşların dəmindən ayrılan
Bir özgə dəmin var

Zilin var, vəsətin, bəmin var
Sənin də quşların dəmindən ayrılan
Bir özgə dəmin var

Səni də avara eyləmiş
Dağınıq telli bir zərəfşan
Onunçün segahın danışır
Pərişan, pərişan

O sarı simlərin lisanı
Salmazmı heyrətə insanı?
O sarı simlərin lisanı
Salmazmı heyrətə insanı?

[Nəqərat: Şövkət Ələkbərova]
Oxu, tar, oxu, tar
Səsindən ən lətif şeirlər dinləyim
Oxu, tar, bir qədər
Nəğməni su kimi alışan ruhuma çiləyim

Oxu, tar
Səni kim unudar?

Ey geniş kütlənin şirini, şərbəti
Alovlu sənəti
Ey geniş kütlənin şirini, şərbəti
Alovlu sənəti

Trivia about the song Oxu, Tar by Şövkət Ələkbərova

When was the song “Oxu, Tar” released by Şövkət Ələkbərova?
The song Oxu, Tar was released in 2022, on the album “İfalar, Vol. 3”.
Who composed the song “Oxu, Tar” by Şövkət Ələkbərova?
The song “Oxu, Tar” by Şövkət Ələkbərova was composed by Mikayıl Müşfiq, Ramiz Mirişli.

Most popular songs of Şövkət Ələkbərova

Other artists of