Özünə Qurban
[Bənd 1]
Demişdin, yaz gəlsin
Yaz gəldi, ay qız
Söyüdlər sulara kölgə də saldı
Çiçəklər açıldı, göyərdi yarpız
Verdiyin vədələr harada qaldı?
[Nəqərat]
Özünə qurbanam
Sözünə qurbanam
Gözünə qurbanam, ax, yar
Özünə qurbanam
Sözünə qurbanam
Gözünə qurbanam, yar
[Bənd 2]
Yaz qurtardı artıq, dinmirsən nədən?
Axı, söz vermişdin, əhdimiz var
Dözə bilməyirəm, darıxıram mən
Sevindir qəlbimi, ey gözəl yar
[Nəqərat]
Özünə qurbanam
Sözünə qurbanam
Gözünə qurbanam, ax, yar
Özünə qurbanam
Sözünə qurbanam
Gözünə qurbanam, yar
[Bənd 3]
Verdiyin vədəyə əməl et barı
Birləşsin arzumuz, ürəyimiz
Payızda eyləyək toyumuzu biz
Hiss et qəlbimdəki duyğuları
[Nəqərat]
Özünə qurbanam
Sözünə qurbanam
Gözünə qurbanam, ax, yar
Özünə qurbanam
Sözünə qurbanam
Gözünə qurbanam, yar