Qəlbimdə Qaldın

Emin Sabitoğlu, Nəbi Xəzri

[Bənd 1]
Səni yaz qatarı apardı tezdən
Elə bil, dünyanı qarlı qış aldı
Səni yaz qatarı apardı tezdən
Elə bil, dünyanı qarlı qış aldı

Heç yana getmədin sən yer üzündən
Bəs niyə yer üzü birdən boşaldı?
Heç yana getmədin sən yer üzündən
Bəs niyə yer üzü birdən boşaldı?
Yer üzü boşaldı...

[Nəqərat]
Hicran elə gəldi, ayırdı bizi
Sanki üfüqlərə uçan xəyaldır
Hicran elə bildi, ayırdı bizi
Bir idin, min olub qəlbimdə qaldın
Hicran elə bildi, ayırdı bizi
Bir idin, min olub qəlbimdə qaldın
Qəlbimdə qaldın...

[Bənd 2]
Gecələr sakitcə axan ulduzlar
Göylər çəmənində naxışlarındır
Gecələr sakitcə axan ulduzlar
Göylər çəmənində naxışlarındır

Haradasa gözümə baxan ulduzlar
Ulduz yox, həsrətli baxışlarındır
Haradasa gözümə baxan ulduzlar
Ulduz yox, həsrətli baxışlarındır
Həsrətli baxışlar...

[Keçid]
Hicran elə gəldi, ayırdı bizi
Hicran... Hicran...
Elə gəldi ayırdı bizi
Sanki üfüqlərə...
Uçan xəyaldır...
Hicran elə bildi, ayırdı bizi
Bir idin, bir idin, min olub qəlbimdə qaldın

[Nəqərat]
Hicran elə gəldi, ayırdı bizi
Sanki üfüqlərə uçan xəyaldır
Hicran elə bildi, ayırdı bizi
Bir idin, min olub qəlbimdə qaldın
Hicran elə bildi, ayırdı bizi
Bir idin, min olub qəlbimdə qaldın
Qəlbimdə qaldın
Qəlbimdə qaldın

Trivia about the song Qəlbimdə Qaldın by Şövkət Ələkbərova

When was the song “Qəlbimdə Qaldın” released by Şövkət Ələkbərova?
The song Qəlbimdə Qaldın was released in 2023, on the album “İfalar Vol. 10”.
Who composed the song “Qəlbimdə Qaldın” by Şövkət Ələkbərova?
The song “Qəlbimdə Qaldın” by Şövkət Ələkbərova was composed by Emin Sabitoğlu, Nəbi Xəzri.

Most popular songs of Şövkət Ələkbərova

Other artists of