Qızıl Üzük
[Bənd 1]
Üzüyümün qaşı firuzədəndir
Könlüm açılmayır bu gün, nədəndir?
Ağır gündə, dost əlindən bərk yapış
Böyük duyğu ömrü bahar edəndir
Böyük duyğu ömrü bahar edəndir
[Bənd 2]
Bulud gələr, çiskin çilər, nəm eylər
Yar yarından ayrı düşsə, qəm eylər
Sevgilimdən necə qalım aralı?
Hər baxışı qəlbə yüz məlhəm eylər
Hər baxışı qəlbə yüz məlhəm eylər
[Bənd 3]
Bizim bağlar, çöllər xoş bir tamaşa
Sonalar göllərdə süzürlər qoşa
Necə çətin olsa ömrün yolları
Birlikdə yorulmaz, vurarıq başa
Birlikdə yorulmaz, vurarıq başa