Qızılgül

Soltan Hacıbəyov, Məhərrəm Əlizadə

[Bənd 1: Xan Şuşinski]
Keçən il gördüm səni
Heyran eylədin məni
Gözəl qız, al geyinib
Gəl, ol anam gəlini
O nə xaldır yanağında?
O nə xaldır yanağında, yanağında, yanağında ay?

Öldürmə, qız, məni
Sevirəm səni
Ah, necə sevdim, necə sevdim, necə sevdim, yar
Mən necə sevdim, necə sevdim, necə sevdim, yar

[Bənd 2: Şövkət Ələkbərova]
Bilirəm ki, sevirsən
Keçən ildən məni sən
Lakin, mən sevməyirəm
Onu da bilməlisən
Bilməlisən, bilməlisən, hey

[Nəqərat: Xan Şuşinski, Şövkət Ələkbərova]
Qızların adətidir
Sevdiyi oğlana naz eylər
Nə qədər naz eyləsə
Oğlan aldadıb, yoldan eylər
Sevgiyə naz nə gərəkdir?
Sevgisiz naz ola bilməz
Sevgiyə naz nə gərəkdir?
Sevgisiz naz ola bilməz

[Bənd 3: Xan Şuşinski]
Yenə könlümün quşu
Uçdu yar budağına
Səni görcək nəzərim
Düşdü ağ buxağına
O nə xaldır yanağında?
O nə xaldır yanağında, yanağında, yanağında ay?

Öldürmə, qız, məni
Sevirəm səni
Ah, necə sevdim, necə sevdim, necə sevdim, yar
Mən necə sevdim, necə sevdim, necə sevdim, yar

[Bənd 4: Şövkət Ələkbərova]
Bilirəm ki, sevirsən
Keçən ildən məni sən
Lakin, mən nişanlıyam
Əlini üzməlisən
Üzməlisən, üzməlisən, hey

[Nəqərat: Şövkət Ələkbərova, Xan Şuşinski]
Qızların adətidir
Sevdiyi oğlana naz eylər
Nə qədər naz eyləsə
Oğlan aldadıb, yoldan eylər

Sevgiyə naz nə gərəkdir?
Sevgisiz naz ola bilməz
Sevgiyə naz nə gərəkdir?
Sevgisiz naz ola bilməz

Trivia about the song Qızılgül by Şövkət Ələkbərova

When was the song “Qızılgül” released by Şövkət Ələkbərova?
The song Qızılgül was released in 2022, on the album “İfalar, Vol. 1”.
Who composed the song “Qızılgül” by Şövkət Ələkbərova?
The song “Qızılgül” by Şövkət Ələkbərova was composed by Soltan Hacıbəyov, Məhərrəm Əlizadə.

Most popular songs of Şövkət Ələkbərova

Other artists of