Qurban Olduğum

Əşrəf Abbasov, Mikayıl Müşfiq

[Bənd 1]
Bilməm, məni neçin atmış, unutmuş
Əhd-peymanına qurban olduğum, qurban olduğum...
Yoхsa özgəsinə üzünü tutmuş
Üzünü tutmuş, üzünü tutmuş
Yoхsa özgəsinə üzünü tutmuş
Üzünü tutmuş, üzünü tutmuş
Yeni sevdasına qurban olduğum, qurban olduğum?
Yeni sevdasına qurban olduğum, qurban olduğum?

[Bənd 2]
O mənim sevgilim, o mənim sonam
Onsuz üzüm gülməz, açılmaz aynam, açılmaz aynam
Bilməm, harada qaldı o nazlı durnam
O nazlı durnam, o nazlı durnam
Bilməm, harada qaldı o nazlı durnam
O nazlı durnam, o nazlı durnam
O хoş sədasına qurban olduğum, qurban olduğum
O хoş sədasına qurban olduğum, qurban olduğum

[Bənd 3]
Ayrılıq oduna könül dayanmaz
Eşq oduna yanan bir daha yanmaz, bir daha yanmaz
Çəkdiyim nalədən neçin oyanmaz
Neçin oyanmaz, neçin oyanmaz?
Çəkdiyim nalədən neçin oyanmaz
Neçin oyanmaz, neçin oyanmaz
Şirin röyasına qurban olduğum, qurban olduğum?
Şirin röyasına qurban olduğum, qurban olduğum?

Trivia about the song Qurban Olduğum by Şövkət Ələkbərova

When was the song “Qurban Olduğum” released by Şövkət Ələkbərova?
The song Qurban Olduğum was released in 2023, on the album “İfalar Vol. 10”.
Who composed the song “Qurban Olduğum” by Şövkət Ələkbərova?
The song “Qurban Olduğum” by Şövkət Ələkbərova was composed by Əşrəf Abbasov, Mikayıl Müşfiq.

Most popular songs of Şövkət Ələkbərova

Other artists of