Sədaqət

Mehriban Əhmədova, Əjdər Ağayev

[Bənd 1]
Ey insanlar, ey insanlar
Həyatı gəlin sevək
Dünya olsun başdan-başa
Al şəfəq, nəğmə, çiçək

Xoş sözümüz, saf andımız
Dolaşsın diyar-diyar
Sədaqətdən, məhəbbətdən
Dünyada gözəl nə var?

[Nəqərat]
Sədaqətdir andım, sədaqət
Ey insanlar, birlikdədir qüvvət
Əlimizlə bəzənsin, Günəş olsun təbiət
Sədaqətdir andım, sədaqət

[Bənd 2]
Qoca dağlar, uca dağlar
Şirin sulu bulaqlar
Yaşıl meşə, çiçəkli düz
Könlümdə yuva bağlar

İnsanların övladıyam
İnsanların dostuyam
Qarlı qışda Günəş ollam
Qızmar gündə saf suyam

[Nəqərat]
Sədaqətdir andım, sədaqət
Ey insanlar, birlikdədir qüvvət
Əlimizlə bəzənsin, Günəş olsun təbiət
Sədaqətdir andım, sədaqət
Sədaqət, sədaqət...

Trivia about the song Sədaqət by Şövkət Ələkbərova

When was the song “Sədaqət” released by Şövkət Ələkbərova?
The song Sədaqət was released in 2022, on the album “İfalar Vol. 8”.
Who composed the song “Sədaqət” by Şövkət Ələkbərova?
The song “Sədaqət” by Şövkət Ələkbərova was composed by Mehriban Əhmədova, Əjdər Ağayev.

Most popular songs of Şövkət Ələkbərova

Other artists of