Şən Azərbaycan

Polad Bülbüloğlu, Məstan Günər

[Bənd 1]
Qoy mən yenə söhbət açım ilk baharımdan
Nəğməm ilə bir də keçim öz diyarımdan

[Nəqarət]
Bol bəhrəli Muğan düzü, Mil düzü, Şirvan düzü
Gəl-gəl deyir şən Azərbaycan
Tər gülləri şəfalıdır, Göygöl nə səfalıdır
Hər yanı gülşən Azərbaycan!

[Bənd 2]

El qızları düzüm-düzüm Kür qırağında
Min gül açır Gəncəmizin hər budağında
Dost elləri Qarabağın dağ vüqarlıdır
Gen çölləri bu torpağın xoş baharlıdır

[Nəqarət]
Bol bəhrəli Muğan düzü, Mil düzü, Şirvan düzü
Gəl-gəl deyir şən Azərbaycan
Tər gülləri şəfalıdır, Göygöl nə səfalıdır
Hər yanı gülşən Azərbaycan!

[Bənd 3]

Hər damlası layla çalan göy Xəzərin var
Hər ulduzu nəğmə olan min şəhərin var
Keçdim yenə çiçək-çiçək hər mahalından
Öz yurdumun doymaz ürək yüz vüsalından

[Nəqarət]
Bol bəhrəli Muğan düzü, Mil düzü, Şirvan düzü
Gəl-gəl deyir şən Azərbaycan
Tər gülləri şəfalıdır, Göygöl nə səfalıdır
Hər yanı gülşən Azərbaycan!
Hər yanı gülşən Azərbaycan!

Trivia about the song Şən Azərbaycan by Şövkət Ələkbərova

When was the song “Şən Azərbaycan” released by Şövkət Ələkbərova?
The song Şən Azərbaycan was released in 2022, on the album “İfalar, Vol. 6”.
Who composed the song “Şən Azərbaycan” by Şövkət Ələkbərova?
The song “Şən Azərbaycan” by Şövkət Ələkbərova was composed by Polad Bülbüloğlu, Məstan Günər.

Most popular songs of Şövkət Ələkbərova

Other artists of