Sarıköynək

Hacı Xanməmmədov, Aşıq Ələsgər

[Bənd 1]
Cilvələnib nə qarşımda durubsan?
Anam sənə qurban, ay Sarıköynək!
Cilvələnib nə qarşımda durubsan?
Anam sənə qurban, ay Sarıköynək!

Mələksən, çıxıbsan cənnət bağından
Heç kəs olmaz sənə tay, ay Sarıköynək!
Mələksən, çıxıbsan cənnət bağından
Heç kəs olmaz sənə tay, ay Sarıköynək!

Sarıköynək, Sarıköynək, Sarıköynək
Heç kəs olmaz sənə tay, ay Sarıköynək!
Sarıköynək, Sarıköynək, Sarıköynək
Heç kəs olmaz sənə tay, ay Sarıköynək!

[Bənd 2]
Doymaq olmur işvəsindən, nazından
Fərə kəklik kimi xoş avazından
Doymaq olmur işvəsindən, nazından
Fərə kəklik kimi xoş avazından

Yel vurub ürbəndi atdı üzündən
Elə bildim doğub ay, ay Sarıköynək!
Yel vurub ürbəndi atdı üzündən
Elə bildim doğub ay, ay Sarıköynək!

Sarıköynək, Sarıköynək, Sarıköynək
Elə bildim doğub ay, ay Sarıköynək!
Sarıköynək, Sarıköynək, Sarıköynək
Elə bildim doğub ay, ay Sarıköynək!

[Bənd 3]
Tuti dilli, sərvi boylu salatın!
Budur mərhəməti bu səltənətin
Tuti dilli, sərvi boylu salatın!
Budur mərhəməti bu səltənətin

Göndər gəlsin Ələsgərin xələtin
Eyləmə əməyi zay, ay Sarıköynək!
Göndər gəlsin Ələsgərin xələtin
Eyləmə əməyi zay, ay Sarıköynək!

Sarıköynək, Sarıköynək, Sarıköynək
Eyləmə əməyi zay, ay Sarıköynək!
Sarıköynək, Sarıköynək, Sarıköynək
Eyləmə əməyi zay, ay Sarıköynək!

Ay Sarıköynək, ay Sarıköynək…

Trivia about the song Sarıköynək by Şövkət Ələkbərova

When was the song “Sarıköynək” released by Şövkət Ələkbərova?
The song Sarıköynək was released in 2022, on the album “İfalar, Vol. 4”.
Who composed the song “Sarıköynək” by Şövkət Ələkbərova?
The song “Sarıköynək” by Şövkət Ələkbərova was composed by Hacı Xanməmmədov, Aşıq Ələsgər.

Most popular songs of Şövkət Ələkbərova

Other artists of