Sevdiyim Qız

Teymur Elçin, Tofiq Quliyev

[Bənd 1]
Hələ quşlar uçmamışdı budaqdan
Günəş girdi otağıma, səpdi nur
Gülə-gülə dedi mənə, yatma, dur
Sevdiyin qız oyanmışdır bayaqdan
Gülə-gülə dedi mənə, yatma, dur
Sevdiyin qız oyanmışdır bayaqdan

[Bənd 2]
Yol uzunu sərin yeli səhərin
Toxundurdu nəfəsini üzümə
Sevdiyim qız görünmədi gözümə
Geniş, qaynar qucağında şəhərin
Sevdiyim qız görünmədi gözümə
Geniş, qaynar qucağında şəhərin

[Bənd 3]
Mən zavodun həyətinə gələndə
Elə bildim, səhər təzə açıldı
Üstümüzə al şəfəqlər saçıldı
Sevdiyim qız mənə baxıb güləndə
Üstümüzə al şəfəqlər saçıldı
Sevdiyim qız mənə baxıb güləndə
Güləndə, güləndə

Trivia about the song Sevdiyim Qız by Şövkət Ələkbərova

When was the song “Sevdiyim Qız” released by Şövkət Ələkbərova?
The song Sevdiyim Qız was released in 2022, on the album “İfalar, Vol.2”.
Who composed the song “Sevdiyim Qız” by Şövkət Ələkbərova?
The song “Sevdiyim Qız” by Şövkət Ələkbərova was composed by Teymur Elçin, Tofiq Quliyev.

Most popular songs of Şövkət Ələkbərova

Other artists of