Söz Olmasaydı

İbrahim Topçubaşov, Ənvər Əlibəyli

[Bənd 1]
Dağlarda duman gözəldir
Qaşların kaman gözəldir
Dağlarda duman gözəldir
Qaşların kaman gözəldir

Sözünə heç bir söz olmaz
Gözlərin yaman gözəldir
Sözünə heç bir söz olmaz
Gözlərin yaman gözəldir

[Keçid]
Alıbdır ağlımı başdan
Keçmək olmaz bu göz-qaşdan
Alıbdır ağlımı başdan
Keçmək olmaz bu göz-qaşdan

[Nəqərat]
Səni mən yaman sevirəm
Ürəkdən, candan sevirəm
Səni mən yaman sevirəm
Ürəkdən, candan sevirəm

Mənə gəl eylə vəfa, yar
Aşiqə etmə cəfa, yar
Mənə gəl eylə vəfa, yar
Aşiqə etmə cəfa, yar

[Bənd 2]
Söyüdlər başın əyəndə
Sənə mən yarım deyəndə
Söyüdlər başın əyəndə
Sənə mən yarım deyəndə

Sanaram dünya mənimdir
Gözünə gözüm dəyəndə
Sanaram dünya mənimdir
Gözünə gözüm dəyəndə

[Keçid]
Alıbdır ağlımı başdan
Keçmək olmaz bu göz-qaşdan
Alıbdır ağlımı başdan
Keçmək olmaz bu göz-qaşdan

[Nəqərat]
Səni mən yaman sevirəm
Ürəkdən, candan sevirəm
Səni mən yaman sevirəm
Ürəkdən, candan sevirəm

Mənə gəl eylə vəfa, yar
Aşiqə etmə cəfa, yar
Mənə gəl eylə vəfa, yar
Aşiqə etmə cəfa, yar

[Bənd 3]
O qara göz olmasaydı
Əhdimiz düz olmasaydı
O qara göz olmasaydı
Əhdimiz düz olmasaydı

Sənə heç könül verərdim
Sözümüz söz olmasaydı?
Sənə heç könül verərdim
Sözümüz söz olmasaydı?

[Keçid]
Alıbdır ağlımı başdan
Keçmək olmaz bu göz-qaşdan
Alıbdır ağlımı başdan
Keçmək olmaz bu göz-qaşdan

[Nəqərat]
Səni mən yaman sevirəm
Ürəkdən, candan sevirəm
Səni mən yaman sevirəm
Ürəkdən, candan sevirəm

Mənə gəl eylə vəfa, yar
Aşiqə etmə cəfa, yar
Mənə gəl eylə vəfa, yar
Aşiqə etmə cəfa, yar

Trivia about the song Söz Olmasaydı by Şövkət Ələkbərova

When was the song “Söz Olmasaydı” released by Şövkət Ələkbərova?
The song Söz Olmasaydı was released in 2022, on the album “İfalar, Vol. 5”.
Who composed the song “Söz Olmasaydı” by Şövkət Ələkbərova?
The song “Söz Olmasaydı” by Şövkət Ələkbərova was composed by İbrahim Topçubaşov, Ənvər Əlibəyli.

Most popular songs of Şövkət Ələkbərova

Other artists of