Telli Sazım
[Bənd 1]
Soruşmayın, haralıyam
Soruşmayın, haralıyam
Bir ovçunun maralıyam, maralıyam, hey
Eşq əlindən yaralıyam
Eşq əlindən yaralıyam
[Nəqərat]
Dillən, şirin dilli sazım, telli sazım, hey
Yaraşıqlı, telli sazım, telli sazım, hey
[Keçid]
Hey, hər telində min söz ara
Təmiz eşqə, düz ilqara, hey
Bu arzumu yetir yara
[Nəqərat]
İncə telli sazım, incə telli sazım, hey
Dillən, şirin dilli sazım, telli sazım, hey
Yaraşıqlı, telli sazım, telli sazım, hey
[Bənd 2]
Dağ başını duman almış
Dağ başını duman almış
Sevənlərin dili lalmış, dili lalmış, hey
Ümidim bir sənə qalmış
Ümidim bir sənə qalmış
[Nəqərat]
Dillən, şirin dilli sazım, dilli sazım, hey