Yaşadaram Ürəyimdə (Ülvi Məhəbbət)

Fikrət Qoca, Firəngiz Babayeva

[Bənd 1]
Böyük qadın məhəbbəti var olsun
Alar bizi tənhalığın əlindən
Gözəl, sənə gözəl günlər yar olsun
Yaşadaram ürəyimdə səni mən

Ülvi qadın məhəbbəti var olsun
Gözəl, sənə gözəl günlər yar olsun

[Nəqərat]
Qızın eşqi şirin nübar
Ana eşqi solmaz bahar
Bütün dünya gül-çiçək olar
Sevsə yarı yar

Qızın eşqi şirin nübar
Ana eşqi solmaz bahar
Bütün dünya gül-çiçək olar
Sevsə yarı yar

[Bənd 2]
Ana eşqi balaları yaşadır
Biz o eşqə baş əyirik hər zaman
Ana vətən ayrılmazdır, qoşadır
Qulaq assın analara bu cahan

Ana eşqi balaları yaşadır
Ana vətən ayrılmazdır, qoşadır

[Nəqərat]
Qızın eşqi şirin nübar
Ana eşqi solmaz bahar
Bütün dünya gül-çiçək olar
Sevsə yarı yar

Qızın eşqi şirin nübar
Ana eşqi solmaz bahar
Bütün dünya gül-çiçək olar
Sevsə yarı yar

[Bənd 3]
Ucalt, ana, məhəbbəti, həyatı
Dünya həmin məhəbbətlə yaşayır
Bu eşq olub insanlığın qanadı
Torpaq qədər məhəbbətin yaşı var

Ucalt, ana, məhəbbəti, həyatı
Bu eşq olub insanlığın qanadı

[Nəqərat]
Qızın eşqi şirin nübar
Ana eşqi solmaz bahar
Bütün dünya gül-çiçək olar
Sevsə yarı yar

Qızın eşqi şirin nübar
Ana eşqi solmaz bahar
Bütün dünya gül-çiçək olar
Sevsə yarı yar

Bütün dünya gül-çiçək olar
Sevsə yarı yar

Trivia about the song Yaşadaram Ürəyimdə (Ülvi Məhəbbət) by Şövkət Ələkbərova

When was the song “Yaşadaram Ürəyimdə (Ülvi Məhəbbət)” released by Şövkət Ələkbərova?
The song Yaşadaram Ürəyimdə (Ülvi Məhəbbət) was released in 2022, on the album “İfalar, Vol. 1”.
Who composed the song “Yaşadaram Ürəyimdə (Ülvi Məhəbbət)” by Şövkət Ələkbərova?
The song “Yaşadaram Ürəyimdə (Ülvi Məhəbbət)” by Şövkət Ələkbərova was composed by Fikrət Qoca, Firəngiz Babayeva.

Most popular songs of Şövkət Ələkbərova

Other artists of