Yenə O Bağ Olaydı

Hacı Xanməmmədov, Mikayıl Müşfiq

[Bənd 1]
Yenə o bağ olaydı, yenə yığışaraq siz
O bağa köçəydiniz
Biz də muradımızca fələkdən kam alaydıq
Sizə qonşu olaydıq, sizə qonşu olaydıq

Yenə o bağ olaydı, səni tez-tez görəydim
Qələmə söz verəydim
Hər gün bir yeni nəğmə, hər gün bir yeni ilham
Yazaydım səhər-axşam
Yazaydım səhər-axşam
Yazaydım səhər-axşam
Yazaydım səhər-axşam

[Nəqərat]
Arzuya bax, sevgilim, tellərindən incəmi, tellərindən incəmi?
Söylə, ürəyincəmi?
Arzuya bax, sevgilim, tellərindən incəmi, tellərindən incəmi?
Söylə, ürəyincəmi?...

Yenə də bir vuraydı qəlbimiz gizli-gizli
Sən, ey əsmər bənizli
Sən, ey əsmər bənizli
Sən, ey əsmər bənizli
Sən, ey əsmər bənizli

[Bənd 2]
Yenə o bağ olaydı, yenə sizə gələydik
Danışaydıq, güləydik
Ürkək baxışlarınla ruhumu dindirəydin
Məni sevindirəydin
Məni sevindirəydin

Gizli söhbət açaydıq ruhun ehtiyacından
Qardaşından, bacından
Çəkinərək çox zaman söhbəti dəyişəydin
Mənimlə əyişəydin
Mənimlə əyişəydin
Mənimlə əyişəydin
Mənimlə əyişəydin

[Nəqərat]
Arzuya bax, sevgilim, tellərindən incəmi, tellərindən incəmi?
Söylə, ürəyincəmi?
Arzuya bax, sevgilim, tellərindən incəmi, tellərindən incəmi?
Söylə, ürəyincəmi?

Yenə də bir vuraydı, qəlbimiz gizli-gizli
Sən, ey əsmər bənizli
Sən, ey əsmər bənizli
Sən, ey əsmər bənizli
Sən, ey əsmər bənizli

[Çıxış]
Yenə o bağ olaydı...

Trivia about the song Yenə O Bağ Olaydı by Şövkət Ələkbərova

When was the song “Yenə O Bağ Olaydı” released by Şövkət Ələkbərova?
The song Yenə O Bağ Olaydı was released in 2022, on the album “İfalar, Vol. 4”.
Who composed the song “Yenə O Bağ Olaydı” by Şövkət Ələkbərova?
The song “Yenə O Bağ Olaydı” by Şövkət Ələkbərova was composed by Hacı Xanməmmədov, Mikayıl Müşfiq.

Most popular songs of Şövkət Ələkbərova

Other artists of